İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105017757 ISIN-li, 15 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.3093 AZN (9 faiz) və 101.28 AZN (6.80 faiz) olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.366 AZN (7,3 faiz), orta ölçülmüş qiyməti 100.4837 AZN (7,23 faiz) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 milyon 665 min 200 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2021-ci il sentyabrın 7-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.