İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104011744 ISIN-li, 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 91.7846 AZN (9.0000 faiz) və 94.3689 AZN (6.0000 faiz) olan 23 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3246 (6.0500 faiz), orta ölçülmüş qiyməti 94.3285 (6.0456 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 125 milyon 18 min AZN, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib.

İstiqrazlar gələn il noyabrın 17-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.