İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0108001782 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 80.0002 AZN (14.2246 faiz) və 102.2338 AZN (7.9498 faiz) olan 25 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.2406 AZN (8.44 faiz), orta ölçülmüş qiyməti 101.3644 AZN (8.1622 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon 539 min 600 AZN, yerləşdirilmiş həcmi isə 10 milyon AZN təşkil edib.

İstiqrazlar 2025-ci il yanvarın 21-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.