İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108001782 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiyməti intervalı 98.0000 AZN (9.1315 faiz) və 102.526 AZN (7.9980 faiz) olan 14 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9422 (8.3875 faiz), orta ölçülmüş qiyməti 101.6595 (8.2102 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55 milyon 292 min 300 AZN, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.
İstiqrazlar 2025-ci il yanvarın 21-də ödəniləcək.