İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106004788 ISIN-li, 25 milyon AZN həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 94.8834 AZN (9.5 faiz) və 102.9599 AZN (6.3999 faiz) olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 102.9599 AZN (6.3999 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 94 milyon 805 min 100 AZN, yerləşdirilmiş həcmi isə 25 milyon AZN təşkil edib.

İstiqrazlar 2023-cü il fevralın 21-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.