Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
AzerTAg.az
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106017780 ISIN-li, 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 92.5067 AZN (12.0501 faiz) və 100.7775 (8.6999 faiz) olan 17 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.4871 (9.9900 faiz), orta ölçülmüş qiyməti 97.7505 (9.8847 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75 milyon 490 min 300 AZN, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar 2023-cü il sentyabrın 5-də ödəniləcək.
Hərrac iştirakçıları sentyabrın 9-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Xəbərin mətnində orfoqrafik səhv var