İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105021783 ISIN-li, 100 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 96.3005 AZN (8.9102 faiz) və 100.6281 AZN (6.5099 faiz) olan 17 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.0000 AZN (6.85 faiz), orta ölçülmüş qiyməti 100.0053 AZN (6.8471 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 248 milyon 7 min 400 manat, yerləşdirilmiş həcmi isə 122 milyon 26 min 500 manat təşkil edib. İstiqrazlar 2022-ci il noyabrın 1-də ödəniləcək.

Hərrac iştirakçıları noyabrın 4-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.