İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106002857 ISIN-li, 10 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 96.1315 AZN (9 faiz) və 98.8195 AZN (7.95 faiz) olan 6 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.6894 AZN (8 faiz), orta ölçülmüş qiyməti 98.7014 AZN (7.9954 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29 milyon 751 min 500 manat, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.

İstiqrazlar 2023-cü il noyabrın 21-də ödəniləcək. Hərrac iştirakçıları noyabrın 25-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.