İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108030880 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 86.4869 AZN (10 faiz) və 102.7829 AZN (5.85 faiz) olan 26 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 102.5658 AZN (5.8999 faiz), orta ölçülmüş qiyməti 102.5824 AZN (5.8961 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75 milyon 366 min 900 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2026-cı il sentyabrın 22-də ödəniləcək. Hərrac iştirakçıları sentyabrın 29-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.