İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105023946 ISIN-li, 10 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 95,587 manat (6,9 faiz) və 98,7236 manat (5,18 faiz) olan 24 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98,1487 manat (5,49 faiz), orta ölçülmüş qiyməti isə 98,3618 manat (5,3748 faiz) müəyyən olunub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 66 milyon 422 min 800 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib.

Hərrac iştirakçıları avqustun 17-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

İstiqrazlar 2024-cü il avqustun 13-də ödəniləcək.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.