İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 30 milyon manat həcmində, tədavül müddəti 1092 gün (effektiv 1001 gün) olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 96.3273 manat (6.8429 faiz) və 99.2378 manat (5.7396 faiz) olan 30 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.0448 manat (6.5671 faiz), orta ölçülmüş qiyməti 97.9445 manat (6.2249 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87 milyon 384 min 400 manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edib. İstiqrazlar 2025-ci il iyunun 24-də ödəniləcək. Hərrac iştirakçıları sentyabrın 28-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.