İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac təşkil edilib
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108021947 ISIN-li, 20 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 89.9863 AZN (8.5 faiz) və 94.8347 AZN (7.25 faiz) manat olan 7 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 91.8891 AZN (8 faiz) manat, orta ölçülmüş qiyməti 92.4763 AZN (7.8482 faiz) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31 milyon 187 min 300 manat, yerləşdirilmiş həcmi isə 18 milyon 874 min 500 manat təşkil edib. İstiqrazlar 2027-ci il iyulun 27-də ödəniləcək. Hərrac iştirakçıları avqustun 3-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.