İQTİSADİYYAT


Maliyyə Nazirliyinin ortamüddətli və qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bakı, 6 may (AZƏRTAC). Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

BFB-dən AZƏRTAC-a bildirilmişdir ki, sifarişlər 2 sərmayədar tərəfindən təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə məbləği 4 milyon 392 min 400 manat təşkil etmişdir.

İstiqraz vərəqlərinin ödəmə tarixi 2015-ci il mayın 1-dir.

Eyni zamanda, Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Sifariş 1 sərmayədar tərəfindən təqdim olunmuşdur. Sifarişin nominal üzrə ümumi məbləği 297 600 manat, tədavül müddəti 182 gündür.

İstiqraz vərəqlərinin ödəmə tarixi 2013-ci il noyabrın 1-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.