İQTİSADİYYAT
Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0104009540 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 9 investor tərəfindən təqdim olunan 17 sifarişin nominal üzrə ümumi məbləği 50,255,600 manat təşkil edib. Sifarişlər 83.4095 manat (20.0000 faiz) və 85.6110 manat (16.9000 faiz) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84.6220 manat (18.2727 faiz) orta ölçülmüş qiyməti 84.8544 manat (17.9472 faiz) olub.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar mayın 3-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 milyon manat təşkil edib. İstiqrazlar gələn il yanvarın 5-də ödəniləcək.