İQTİSADİYYAT
Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104011546 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 62,704,800.00 manat təşkil edib. Sifarişlər 84.8167 manat (17.9999 faiz) və 87.3969 manat (14.4999 faiz) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87.0187 manat (15.0000 faiz), orta ölçülmüş qiyməti 87.1975 manat (14.7630 faiz) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar mayın 31-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 milyon manat olub. İstiqrazlar 2018-ci il mayın 29-da ödəniləcək.