Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Maliyyə-bank sektorunun sağlamlaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə necə təsir göstərir?

Maliyyə-bank sektorunun sağlamlaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə necə təsir göstərir?

Bakı, 22 noyabr, AZƏRTAC

2014-cü ilin ikinci yarısından etibarən qlobal miqyasda müşahidə olunmağa başlamış iqtisadi böhran, xüsusilə dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi şübhəsiz ki, dünya iqtisadiyyatının bir parçası və neft ixracatçısı olan Azərbaycana da təsirsiz ötüşmədi. Bununla belə mobil idarəçilik sistemi, iqtisadiyyatın şaxələndirilməsi, neft sektorundan asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılmış addımlar ölkəmizə qlobal iqtisadi kataklizmlərdən minimum itki ilə çıxmağa imkan verdi.

Yaxın keçmişdə dünya iqtisadiyyatında baş vermiş böhranla bağlı Azərbaycanda da müşahidə olunmuş geriləmələrin aradan qaldırılması kompleks yanaşma tələb edirdi. Ölkə başçısının təşəbbüsü ilə iqtisadiyyatın müxtəlif istiqamətlərində olduğu kimi, maliyyə bazarlarında da həyata keçirilən silsilə islahatlar erası özünü çox gözlətmədi. 2015-ci ildən sonra maliyyə-bank sektorunda müşahidə olunan ən vacib məsələlərdən biri əmanətlərin banklardan geri götürülməsi ilə bağlı idi. Bu məqamda ölkə rəhbərliyinin hadisələrə çevik reaksiyası nəticəsində 2016-cı ildə əmanətlərin tam sığortalanması haqqında qanun imzalandı ki, bu qanunun imzalanması ölkəmizin maliyyə bazarlarının effektivliyinin qısa zamanda bərpa edilməsində əhəmiyyətli rol oynadı. Artıq 2017-ci ilin ikinci yarısından başlayaraq əmanətlərin banklardan geri götürülməsi prosesi dayandı və bank sektorunda ilkin müsbət trendlər müşahidə olunmağa başladı.

Təbii ki, qeyd olunan hadisələrin fonunda bank sektorunun inkişafı, kapitallaşma problemlərinin aradan qaldırılması və bu sektorun ölkə iqtisadiyyatında payının atması yönündə əsas götürülmüş institusional, hüquqi islahatlar sektorun dirçəldilməsi proseslərinin, bank-müştəri münasibətlərinin mərhələli şəkildə yeni müstəviyə keçirilməsini tələb edirdi. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə bank sektorunun dayanıqlılığını təmin etmək üçün sektora bu dövr ərzində 1,9 milyard manat məbləğində kapital inyeksiyası həyata keçirilib. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-də xarici kapital mövcuddur və inyeksiya edilən kapitalın 1 milyard manatı məhz xarici kapitallı bankların payına düşür ki, bunun da 800 milyon manatını ölkə xaricindən daxil olmuş kapital təşkil edir. Bu faktor özü-özlüyündə ölkə rəhbərliyinin əsas götürdüyü sistemli islahatlar kursuna beynəlxalq təşkilatların, xarici investorların pozitiv münasibətini və inamını əks etdirir.

Qeyd olunan dövr ərzində diqqət yetirilməli olan əsas məqamlardan biri birmənalı olaraq kreditləşmə prosesləri ilə bağlı olub. Statistik məlumatlara nəzər yetirsək görərik ki, 2017-ci ildə bank sektorunda kreditləşmə həcmi təxminən 5 milyard manat, 2018-ci ildə 7,6 milyard manat, bu ilin 9 ayının nəticələrinə görə isə 7 milyard manat olub. 2018-2019-cu illərdə ümumilikdə 14,5 milyard manat həcmində kredit verilib ki, bunun təqribən 8,1 milyard manatını biznes kreditləri, 6,4 milyard manatını istehlak kreditləri təşkil edir. Təkcə bu ilin 9 ayında 3,2 milyard manat istehlak krediti, 3,8 milyard manat isə biznes krediti verilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının hesablamalarına əsasən hər ay ortalama hesabla 423 milyon manat biznes məqsədli, 350 milyon manat istehlak məqsədli kredit verilişi həyata keçirilib.

Real sektora kreditlərin ayrılması çağırışı

Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə qaldırılan əsas məsələlərdən biri məhz kreditləşmə, xüsusilə də biznesin stimullaşdırılmasında aparıcı yer tutan sahibkarlıq subyektlərinin kreditləşməsi səviyyəsinin ürəkaçan səviyyədə olmaması, istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artması, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərmələri ilə bağlı idi. Sözügedən müşavirədə dövlətimizin başçısı haqlı olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsində bünövrə rolunu oynayan yerli sahibkarlıq fəaliyyətinin təşviq edilməsini, sahibkarların maliyyə resurslarına çıxışını və kredit əlçatanlığının sadələşdirilməsini, bu minvalla da real sektorun maliyyə vəsaitləri hesabına dəstəklənməsini vacib tapşırıq kimi aidiyyəti qurumlar qarşısında qoyub.

Reaksiya gecikmədi

Ölkə başçısının sözügedən müşavirədəki çıxışından və tapşırıqlarından dərhal sonra bu sahədə administrativ alətlərə malik Maliyyə Bazarlarına Nəzarət Palatasından adekvat reaksiya gözlənilirdi. Belə də oldu. Əvvəlcə bank sektorunun tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyə - “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na və “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a mühüm dəyişikliklər edildi, biznes kreditlərinin risk dərəcələri azaldıldı, məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasına, istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasına və bankların öz kapitallarına müvafiq olaraq biznes kreditlərinə daha çox yer ayırmasına şərait yaradıldı. Bununla yanaşı, dövlətimizin başçısının qeyd olunan məsələ ilə bağlı tapşırığının banklarla aktiv kommunikasiya şəklində həyata keçirilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında Azərbaycan Banklar Assosiasiyasının, həmçinin ölkədə fəaliyyət göstərən istehlakyönümlü bankların iştirakı ilə iclas keçirildi, geniş müzakirələr fonunda prosesin birgə əməkdaşlıq şəklində tənzimlənməsi, konkret fəaliyyət istiqamətləri müəyyənləşdirildi, bankların strateji planlarını yenidən gözdən keçirməsi və qısa müddətdə təkliflərin palataya təqdim olunması qərara alındı, biznes kreditlərinin təşviqi məqsədilə banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edildi.

Bank-müştəri münasibətlərinin yeni müstəviyə keçirilməsi dedikdə, klassik maliyyələşmə vasitəsi kimi bank kreditlərinin alınması ilə yanaşı, bazarda təklif olunan müxtəlif alternativ maliyyə alətləri də nəzərə alınmalıdır. Azərbaycanın maliyyə bazarlarının tənzimlənməsini həyata keçirən meqa-requlyator kimi Strateji Yol xəritələrinə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının qarşısına qoyulan 5 strateji hədəfdən biri məhz maliyyə infrastrukturunun təkmilləşdirilməsindən ibarət olub. Təhlillər onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar əksər hallarda ancaq daşınmaz əmlaklarını girov qoymaqla kredit əldə edirdilər. Maraqlısı budur ki, KOB-ların aktivlərinin cəmi 22 faizini daşınmaz əmlak təşkil etsə də, kreditorların verdiyi kreditlər üzrə girovların 76 faizini daşınmaz əmlak tutur. Belə olan şəraitdə, KOB-ların kreditlərə çıxış imkanlarının, maliyyə əlçatanlığının artırılması və müvafiq infrastrukturun gücləndirilməsi məqsədilə beynəlxalq praktikada qəbul olunmuş Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) yaradılıb. Reyestr yüklülük verənlər və yüklülük sahibləri üçün bir sıra üstünlüklərə malikdir. Belə ki, adətən girov saxlayan maliyyə qurumları olan yüklülük sahibləri borcluların daşınar əmlaklarının yüklülüyü barədə vahid və ümumiləşdirilmiş məlumatların istənilən zaman onlayn qaydada operativ şəkildə əldə edilməsi, müştəri biznesinin daha təfərrüatlı nəzarətdə saxlanılması və müştəri dairəsinin genişlənməsi, həmçinin reyestrə daxil edilən daşınar əmlaklara tələb hüquqlarında üstünlük imkanlarına sahib olur. Digər tərəfdən, yüklülük verənlər üçün maliyyə resurslarına çıxış imkanları artır, maliyyə resurslarının daha ucuz və uzun müddətə cəlb edilməsində rəqabət canlanır, maliyyə paradoksu aradan qaldırılır və kredit təşkilatları daha əlçatan olur. Digər tərəfdən, reyestr tərəfindən maliyyə qurumları KOB subyektlərinin daşınar aktivləri barədə mərkəzləşdirilmiş şəffaf məlumatlarla təmin olunur və bununla da, banklar təminat predmeti kimi təqdim edilmiş əmlakın başqa bir yerdə yüklü olub-olmadığı haqda məlumat əldə edir. Habelə, reyestr banklara təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı verir, iflas vəziyyətində olan sahibkarlıq subyektinin qoyduğu təminat predmetini daha asanlıqla satmaq imkanı yaradır. Cari dövrdə 600-dən çox qeydiyyatdan keçmiş istifadəçisi olan reyestrə 40 mindən artıq bildiriş daxil edilib. Paralel olaraq, DƏYDR-lə bağlı maarifləndirmənin aparılması və yerli sahibkarların daşınar əmlaklarını girov qoymaqla biznes kreditləri əldə etməsi prosesinin təbliğ və təşviqi məqsədilə mütəmadi olaraq Bakıda və regionlarda sahibkarlarla görüşlər keçirilir.

200 milyon manatdan çox mikrokredit

Alternativ maliyyə instrumentlərindən yararlanmaq baxımından xarici kapitallı bankların aktivlik nümayiş etdirdiyi daha bir məhsul Azərbaycanın maliyyə bazarlarında mikromaliyyə seqmentində ixtisaslaşmış bankların təklif etdiyi mikrokredit məhsuludur. Qeyd etmək yerinə düşər ki, cari ilin 9 ayında banklar tərəfindən təxminən 200 milyon manatdan çox mikrokredit verilib və bu vasitə ilə biznesin kreditləşməsinin aktuallığını daha da artırmaq məqsədilə mütəmadi olaraq məlumatlandırma tədbirləri həyata keçirilir.

Azərbaycanda fəaliyyət göstərən KOB subyektlərinin maliyyə bazarlarında alternativ maliyyə mənbələri kimi son dövrlərdə beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilmiş qiymətli kağızlar bazarı vasitəsilə də maliyyələşməsi üçün geniş imkanlar mövcuddur. Qeyd etmək lazımdır ki, qiymətli kağızlar bazarının təklif etdiyi maliyyələşmə xidmətləri barədə sahibkarların məlumatlanması və bu bazardan vəsaitlərin cəlb edilməsinə dəstək məqsədilə tam ödənişsiz qaydada listinq məsləhət proqramı fəaliyyət göstərir. Cari dövrə nəzər salsaq görərik ki, Bakı Fond Birjasının (BFB) platformasında təqribən 50 təşkilatın səhmi, 10 təşkilatın 15 istiqrazı aktiv ticarət olunur. Ümumilikdə isə, Azərbaycanın korporativ qiymətli kağızlar bazarının həcmi 1,9 milyard manatdan çoxdur. Bunun 1,5 milyard manatını istiqraz bazarı, təqribən 401 milyon manatını səhm bazarı təşkil edir.

KOB-ların kredit əlçatanlığının sadələşdirilməsi baxımından həyata keçirilmiş daha bir institusional islahat 8 bankın iştirakı ilə ötən ilin fevralında ilk özəl kredit bürosu olan Azərbaycan Kredit Bürosunun (AKB) yaradılmasıdır. Müştərilərin kreditləri barədə məlumatları kredit təşkilatları ilə yanaşı, daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplayaraq təhlil edən və dolğun kredit hesabatları formalaşdırılan büro bankların anderraytinqə çəkdikləri xərcləri, onların problemli kredit portfellərini əhəmiyyətli dərəcədə aşağı salıb.

Bu gün bəzi hallarda Azərbaycanda bank kreditləri üzrə faizlərin yüksək olduğu barədə fikirlər səsləndirilir. Qeyd edək ki, hazırda ölkəmizin bank sektorundakı faizlər qonşu ölkələrdən yüksək deyil. Belə ki, Azərbaycanda bank kreditlərinin istehlak faizləri orta hesabla təxminən 22,3 faiz, biznes kreditləri üzrə isə 8,6 faizdir. Təbii ki, bu rəqəm xarici valyuta üzrə olan biznes kreditlərində daha aşağıdır və bu rəqəm 5 faiz təşkil edir. İndiki dövrdə milli valyuta üzrə biznes kreditlərinin verilmə faizi 13 faizdir. Bundan əlavə, sahibkarlıq fəaliyyətinin alternativ yollarla maliyyələşdirilməsi baxımından ölkə başçısının müvafiq fərmanı ilə 2017-ci ilin dekabrında İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Cari ilin 9 ayı ərzində fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 41 milyon 759 min manat məbləğində kredit verilib. Bu kreditlərin orta müddəti 28 ay və orta faiz dərəcəsi 16,3 faiz təşkil edib.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən bu iqtisadi kurs, real sektorun maliyyələşdirilməsində effektivliyin artırılması istiqamətində qısa müddətdə həyata keçirilən institusional islahatlar, AKB, DƏYDR və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması öz müsbət nəticələrini verməkdədir. Təsadüfi deyil ki, Azərbaycan özünün maliyyə infrastrukturunun xarici dövlətlərə ixracını həyata keçirir. Belə ki, Qırğızıstan, Ukrayna və Gürcüstan kimi ölkələr ölkəmizin bu istiqamətdəki təcrübəsini öyrənərək tətbiq etmək məqsədilə ciddi addımlar atıblar.

Dövlət vətəndaşının yanındadır

Prezident İlham Əliyevin bank sektorunun sağlamlaşdırılması istiqamətində imzaladığı fərmanlardan biri də 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman olub. Həmin Fərmanın icrası ilə əlaqədar təxminən 602 min şəxsə kompensasiya hesablanıb. Ümumilikdə bu il sentyabrın 30-na dövlət büdcəsi hesabına 633 milyon manat kompensasiya ödənilib. Bu vəsaitin 323 milyon manatı bilavasitə vətəndaşların özlərinə çatıb, 310 milyon manatı isə 10 gündən çox gecikməsi olan kreditlərin ödənilməsinə istiqamətləndirilib, 494 milyon manat isə problemli kreditlərin restrukturizasiyasına yönəldilib. Artıq restrukturizasiya ilə bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən 100 milyon manatdan yuxarı vəsait bankların müxbir hesablarına köçürülüb. Geniş çərçivədən baxsaq, bu inqilabi fərman qeyri-işlək aktivlərin həcminin azalmasına, eyni zamanda, bank sektorunun dayanıqlığına dəstək verməklə yanaşı, növbəti dövrlərdə KOB-ların maliyyələşdirilməsinə əlavə vəsaitin ayrılmasına gətirib çıxaracaq.

Son dövrlərə qədər risklərin çoxluğu səbəbindən biznesin kreditləşməsində ən problemli sahələrdən biri kənd təsərrüfatı hesab olunurdu ki, artıq növbəti ildən ölkəmizdə yeni aqrar sığorta modeli tətbiq olunmağa başlayacaq, yeni model sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyəti təmin edəcək. Eyni zamanda, ölkəmizin müxtəlif regionlarında aqrar istehsalatın geniş yayıldığını və sahibkarların bu fəaliyyət növü ilə sıx məşğul olduğunu nəzərə alaraq, yeni sığorta modeli imkan verəcək ki, ölkəmizin bank sektoru mərkəzdən – Bakı və Abşeron ətrafından regionlara doğru inteqrasiya etsin.

Daha bir innovativ yenilik

Eyni zamanda, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” təsdiqlənib. Bu qaydalar bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi, bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi məqsədilə təsdiqlənib. Yeni prosedura əsasən rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər banka getmədən bank hesablarının məsafədən açılması imkanı əldə edir. Qeyd edək ki, Azərbaycan Estoniyadan sonra dünyada elektron rezident formalaşdıran 2-ci ölkədir və yeni qaydalar ona imkan verir ki, qeyri-rezidentlər ölkəyə gəlmədən burada biznes fəaliyyəti həyata keçirsinlər.

Bunlarla yanaşı, cari il aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası, KOBİA və Azərbaycan Banklar Assosiasiyası arasında KOB-ların inkişafına dəstək vermək məqsədilə niyyət protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində bankların iştirakı ilə strateji plan hazırlanıb və bu strateji plan əsasında formalaşdırılacaq vəsaitlərin 58 faizi KOB-lara, 23 faizi mikrobiznes subyektlərinə, 19 faizi iri sahibkar subyektlərinə veriləcək.

Təbii ki, bütün bu islahatlar uzun müddətdə KOB-ların maliyyələşməsi prosesinə və ümumi dinamikanın get-gedə artmasına müsbət təsir göstərəcək.

Biznes kreditləri üzrə risk dərəcəsi aşağı düşür

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib ki, bank sektorunun aktivləri ilin əvvəli ilə müqayisədə 6,3 faiz (1,9 milyard manat) artaraq sentyabrın 30-na 31,4 milyard manat olub. O bildirib ki, banklar kreditləşmə fəaliyyətini aktivləşdirib və növbəti dövrdə maliyyələşmənin davam etdirilməsi üçün yetərli likvid resurs və kapital buferi formalaşıb. Müştərilərə verilən kreditlər 13 milyard 872 milyon manat, o cümlədən biznes subyektlərinə 8 milyard 539 milyon manat təşkil edib. Likvid aktivlər 8 milyard 213 milyon manat, cəmi aktivlər 31 milyard 363 milyon manat olub: “Prudensial normativlər üzrə tələblərin yumşaldılması sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini stimullaşdıracaq. Kiçik və orta biznes subyektlərinə verilən biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 100 faizdən 50 faizədək) və ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 75 faizdən 50 faizədək, xarici valyutada 100 faizdən 75 faizədək) azaldılıb”.

Kredit əlçatanlığına görə dünya birincisi

Sevindirici və qürurlandırıcı haldır ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər beynəlxalq müstəvidə də öz layiqli qiymətini alır, islahatların doğurduğu pozitiv trendlər və inkişaf perspektivləri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dərc olunan hesabatlarda öz əksini tapır. Belə ki xüsusilə vurğulamaq lazımdır ki, Dünya Bankının son “Doing Business 2020” hesabatında kredit əlçatanlığı üzrə Azərbaycan 190 ölkə arasında bütün ölkələri geridə qoyaraq 1-ci yerdə qərarlaşıb. Bununla yanaşı, qlobal səviyyədə ölkələr üzrə maliyyə bazarlarının analizini həyata keçirən “Moody’s” beynəlxalq reytinq agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit “Ba2” səviyyəsində təsdiqləyib, məqsədyönlü islahatlar nəticəsində maliyyə-bank sektorunda kredit verilməsi əmsalının yüksəlməsi, ehtimal olunan maliyyə risklərinin aşağı salınması və sektorun elastikliyinin artırılması baxımından atılan addımları müsbət qiymətləndirib. Oxşar mövqe daha bir nüfuzlu maliyyə təşkilatı olan “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən də təsdiqlənmiş və “BB+” reytinqi ilə ölkəmiz Şərqi Avropa və post-sovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi üçüncü rüb hesabatında Cənubi Qafqaz üzrə birinci yerdə qərarlaşıb.

Beləliklə, bu gün iqtisadiyyatın qeyri-neft sektorunun, eləcə də bu istiqamət üzrə inkişafın başlıca maliyyə təminatçılarından olan bank sektorunun qarşısında yeni çağırışlar dayanır. Görünən də odur ki, maliyyə-bank sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirilən hüquqi-institusional islahatlar, atılan praktik addımlar həm bu sektorun inkişafını təşviq edir, həm də iqtisadiyyatın digər qollarını stimullaşdırır, eyni zamanda, cəmiyyətdə banklara olan etimadı möhkəmləndirir.

Bu etimad özünü rəqəmlərdə də göstərir - bu ilin oktyabrın 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 milyard 491,3 milyon manat təşkil edib. Cari ilin ötən ayında Azərbaycan əhalisinin banklardakı əmanətlərinin həcmi 8 milyard 456,9 milyon manat olub ki, bu da son bir ayda əhalinin əmanətlərinin 34,3 milyon manat və ya 0,4 faiz artması deməkdir. Ötən ilin müvafiq dövründə isə bu göstərici 8 milyard 114,9 milyon manat olub. Belə ki, illik müqayisədə bu ilin əmanətlərinin həcmi 376,4 milyon manat və ya 4,6 faiz artıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir