İQTİSADİYYAT
Maliyyə-bank sərgilərinin keçirilməsi ilə əlaqədar maraqlı tərəflərlə müzakirələr aparılacaq
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) idarə heyətinin sədri Ceyhun İbrahimov arasında keçirilən görüşdə assosiasiyalar arasında maliyyə bazarının inkişafı istiqamətində birgə görülə biləcək işlər sahəsində əməkdaşlıq, konfrans və sərgilərin keçirilməsi müzakirə olunub.
AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, görüşdə maliyyə-bank sərgilərinin keçirilməsi ilə əlaqədar digər maraqlı tərəflərlə müzakirələrin aparılması qərara alınıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.