İQTİSADİYYAT


Maliyyə naziri: Azərbaycan QDTİB ilə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir

Bakı, 24 iyun, AZƏRTAC

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) əsas fəaliyyət istiqaməti məhz ticarətin və özəl sektorun inkişafına kredit və zəmanət dəstəyinin göstərilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, ona yönəlmiş biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara maliyyə-kredit dəstəyinin artırılması, eləcə də vergi sahəsində güzəştlərin verilməsi istiqamətində məqsədyönlü islahatlar həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov iyunun 24-də Bakıda keçirilən Azərbaycan-QDTİB biznes forumunda deyib.

“Bu baxımdan Azərbaycan Hökuməti Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və genişləndirilməsinə böyük əhəmiyyət verir. Bank yerli maliyyə bazarlarının inkişafında da iştirak edir. 2019-cu ilin avqustun 1-də Bakı Fond Birjasında QDTİB-nin korporativ istiqrazları üzrə hərrac keçirilib və cəlb edilmiş vəsaitin özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulub. Bununla da QDTİB Azərbaycanda milli valyuta ilə istiqraz yerləşdirən ilk beynəlxalq maliyyə qurumu olub”, - deyə nazir diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.