İQTİSADİYYAT


Maliyyə naziri: problemli kreditlərin maliyyələşməsi ilə bağlı mexanizm praktiki olaraq hazırdır

Bakı, 14 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda nəzərdə tutulan işlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla bu istiqamətdə iş aparılır.

“Kreditlərin həcmi, sayı hazırda dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər aparılacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem yoxdur. Bütün əsas məsələlər artıq öz həllini tapıb”,- deyə Samir Şərifov deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.