İQTİSADİYYAT


Maliyyə savadlılığı portalında "Şəxsi pul vəsaitlərinin idarə olunması" animasiyası yerləşdirilib

Bakı, 1 noyabr, AZƏRTAC

Maliyyə savadlılığı portalında geniş əhali üçün "Şəxsi pul vəsaitlərinin idarə olunması" adlı yeni animasiya yerləşdirilib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, animasiyada şəxsi pul vəsaitlərinin həm gündəlik tələbatı, həm də gələcək xərcləri ödəməsi haqqında bir sıra tövsiyələr verilir. Eyni zamanda, animasiyada pul vəsaitlərinin səmərəli bölünməsi, yerləşdirilməsi, düzgün istiqamətdə istifadəsi strategiyaları, şərtləri və digər vacib məsələlər barədə faydalı məlumatlar təqdim edilir.

Animasiyaya keçid linki: https://bizimpullar.az/popup/media/120?cat=Blocks&file=0

Portala internet bağlantısı olan mobil cihaz, yaxud kompüter vasitəsilə daxil olaraq informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, virtual muzey və digər rubrikalar, eləcə də AMB-nin maliyyə savadlılığı istiqamətində həyata keçirdiyi tədbirlərlə tanış olmaq mümkündür.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə ölkə əhalisinin maliyyə savadlılığı səviyyəsinin artırılması tədbirlərinin icrası Mərkəzi Banka həvalə olunub. Bu tədbirlərin effektiv icrası və maarifləndirmə işlərinin əhatəsinin genişləndirilməsi üçün Mərkəzi Bank tərəfindən 2015-ci ildə istifadəyə verilmiş və çoxsaylı maarifləndirici animasiyalar, öyrədici resurslar, kalkulyatorlar və intellektual oyunların yer aldığı Maliyyə savadlılığı portalının (https://bizimpullar.az) məzmunu vaxtaşırı zənginləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.