İQTİSADİYYAT


“Maliyyə savadlılığı və təhsilə dəstək” layihəsi üzrə təlimlərə başlanılıb

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) və “Amrahbank” ASC-nin birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığı və təhsilə dəstək” layihəsi üzrə təlimlərə başlanılıb.

AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, maliyyə mövzuları üzrə təlimlər bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. İlkin olaraq təlim layihəsinə Azərbaycan Kooperasiya Universitetinin tələbələri cəlb olunub. Təlimdə iştirak edən 15 iştirakçı plastik kartlarla əlaqəli mövzuda biliklərini bir daha təkmilləşdiriblər.

Tələbələrə plastik kartlarla əməliyyatlara aid aktual mövzu üzrə məlumatlar verilib. Layihə iştirakçılarına təhsil, təcrübə proqramları və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər verilib.

Layihənin il ərzində davam etdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.