İQTİSADİYYAT


Mallar geri qaytarılarsa elektron qaimə-faktura təqdim edilir

Bakı, 17 fevral, AZƏRTAC

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, pərakəndə satış obyektlərində vergiödəyicisi tərəfindən alınmış mallar geri qaytarıldığı halda, malları qaytaran alıcı tərəfindən malları təqdim edən qarşı tərəfə malların qaytarılması barədə elektron qaimə-faktura təqdim olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, malların qaytarılması zamanı tərtib edilən elektron qaimə-fakturada malların keyfiyyətsiz və ya xarab olması, son istehlak müddətinin bitməsi, yaxud satışa yararlı vəziyyətdə olması barədə qeydlər aparılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.