İDMAN
Malta-Azərbaycan oyunun hakimləri bəlli olub
Bakı, 7 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının ikinci turunda Malta ilə keçirəcəyi səfər oyununun hakimləri məlum olub.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da keçiriləcək qarşılaşmanı Montoneqrodan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Nikola Dabanoviç olacaq. Ona Milutin Cukiç və Yovitsa Tatar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandar Cikanoviç yerinə yetirəcək. Milovan Milaçiç və Miloş Boşkoviç isə baş hakimin əlavə köməkçiləri qismində fəaliyyət göstərəcəklər. Oyunun hakim-inspektoru lüksemburqlu Luk Vilymas, UEFA nümayəndəsi isə ingiltərəli Qrem Hover olacaq.
Azərbaycan milli komandasının Malta ilə keçirəcəyi oyun “Ta Qali Milli” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]