DÜNYA


Malta tennis turnirinə ev sahibliyi edəcək

Valletta, 16 iyul, AZƏRTAC

Malta uşaqlar arasında keçiriləcək tennis turnirinə ev sahibliyi edəcək.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, turnirdə 35 ölkədən 200 tennisçinin iştirakı gözlənilir.

Ölkənin “Asciak” tennis akademiyasının təşkilatçılığı ilə bu ayın sonunda reallaşacaq “TEN-PRO Global Junior Tour” Malta Kuboku turniri iyulun 27-dən avqustun 1-dək davam edəcək.

Beynəlxalq turnirdə 10 yaşdan 16 yaşadək olan tennisçilər iştirak edəcək.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Valletta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.