DÜNYA


Malta və Liviya qanunsuz miqrasiyaya qarşı birgə mübarizə aparır

Valetta, 24 iyun, AZƏRTAC

İlin əvvəlindən Liviyanın sahil mühafizə xidmətinin əməkdaşları Aralıq dənizini keçmək üçün bu ölkəni tərk edən 2 minə yaxın miqrantı saxlayaraq Maltaya getmələrinin qarşısını alıblar.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Maltanın Xarici İşlər naziri Evarist Bartolo parlamentdəki hesabat məruzəsində deyib.

Nazir bildirib ki, əməliyyatlar qanunsuz miqrasiyaya qarşı birgə mübarizəyə dair Malta ilə Liviya arasında imzalanmış sazişə uyğun olaraq aparılır. Hər iki ölkə qanunsuz miqrasiyaya qarşı əməliyyatları daha yaxşı əlaqələndirmək üçün ixtisaslaşdırılmış bölmələr yaratmağa razılıq verib. E.Bartolo insan alverinə qarşı mübarizəyə yönəlmiş Valletta və Tripolidəki mərkəzlərin iyulun 1-dən fəaliyyətə başlayacağını söyləyib.

Nazir Avropanın çox az ölkəsinin miqrasiya probleminin həlli kimi ağır yükü paylaşmağı təklif etdiyini və bu istiqamətdə görülən işlərdən məyus olduğunu deyib. O, COVID-19 pandemiyasının səbəb olduğu çətin iqtisadi vəziyyətin artan yoxsulluq və işsizlik səbəbindən daha da ağırlaşacağından ehtiyatlandıqlarını diqqətə çatdırıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Valetta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.