DÜNYA
Maltadakı miqrant düşərgəsində koronaviruslu insanlar aşkarlanıb
Malta, 7 aprel, AZƏRTAC
Maltadakı ən böyük miqrant düşərgəsi olan Hal Far karantinə bağlanıb.
AZƏRTAC xəbər verir ki, buna səbəb düşərgədə yaşayan 8 miqrantda koronavirus testinin müsbət çıxması olub. Malta ilə eyni vaxtda Yunanıstandakı miqrant mərkəzi də karantinə bağlanıb. İlkin olaraq virus Əfqanıstandan gələn bir qaçqında, daha sonra isə onunla münasibətdə olan daha 7 nəfərdə aşkarlanıb.
Hazırda Maltadakı 1700 miqrant ciddi qorunma altındadır. Bu müddət 14 gün davam edəcək. Düşərgəni qorumaq üçün polis və əsgərlər cəlb olunub. Maltanın Səhiyyə naziri Kris Firn bu tədbirlərin insanların sağlamlığı üçün görüldüyünü vurğulayıb.
İndiyədək Maltada 240 yoluxma faktı qeydə alınıb. Ölüm halı isə yoxdur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Malta
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]