REGİONLAR


“Mamoy kişinin yuxuları” Sumqayıt Teatrının səhnəsində

Sumqayıt, 5 oktyabr, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsəri əsasında hazırlanmış tamaşaya daxili baxış keçirilib.

Teatrdan AZƏRTAC-a bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, rəssamı Arif Müzəffərovdur. Tamaşada əsas obrazları aktyorlar Dağlar Rüstəmov, Vəfa Qurbanova, İlqar İbrahimov, İlham Səfərli, Mətanət Əmirullayeva, Akif Mirzəyev və başqaları ifa edirlər.

Müəllif tərəfindən başdan ayağa uydurma adlandırılaraq abstrakt komediya janrında hazırlanmış tamaşada Mamoy kişi hər dəfə yuxu görəndə çin olur. Qorxuya düşən kənd bir nəfərin yuxusunun əsirinə çevrilir. Rejissor versiyasında isə səhnədə baş verən bütün hadisələrin Mamoyun yuxusunda olduğu göstərilir. Kənd camaatı Mamoyu öldürür. Bu, əslində rejissor yozumunda rəmzi xarakter daşıyır. Bu rəmz daxilimizdəki xofun, xürafatın, qorxunun ölməsidir.

Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov, baş rejissor Xalq artisti Firudin Məhərrəmov çıxış edərək, əsərin günümüzlə səslənməsini və aktuallığını qeyd ediblər. Onlar aktyorların ifası barədə fikirlərini bölüşərək tövsiyələrini veriblər.

Sonda bədii şuranın qərarı ilə tamaşa qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.