REGİONLAR


“Mamoy kişinin yuxuları” tamaşası onlayn nümayiş olunub

Naxçıvan, 20 fevral, AZƏRTAC

Naxçıvan Dövlət Musiqili Dram Teatrında onlayn nümayiş olunan tamaşa şair, dramaturq Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsəri əsasında hazırlanıb. Əsas rollarda əməkdar artistlər Bəhruz Haqverdiyev, Nazlı Hüseynquliyeva, Əbülfəz İmanov və Nəsimi Məmmədzadə yer alıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, abstrakt komediya janrında hazırlanmış tamaşanın rejissoru Nəsimi Məmmədzadə, quruluşçu rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ahim Güləliyevdir.

Qeyd edək ki, onlayn tamaşa Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sosial şəbəkə hesablarında canlı yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.