DÜNYA


Mamuka Baxtadze: Gürcüstanın NATO-ya üzv olması Cənubi Qafqaz regionunun maraqlarına xidmət edir

Tbilisi, 23 yanvar, AZƏRTAC

Gürcüstanın NATO-ya üzv olması Cənubi Qafqaz regionunun maraqlarına xidmət edəcək. Ona görə ki, Gürcüstan NATO-ya üzv olduqdan sonra region daha dayanıqlı, sabit və cəlbedici olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze Davos Dünya İqtisadi Forumundakı çıxışı zamanı deyib.

Baş nazir deyib: “Bizim regionumuz üçün sabitlik lazımdır. Regionun iqtisadi inkişafı üçün bütün imkanlar mövcuddur. Həyata keçirdiyimiz islahatlar sübut edir ki, Gürcüstan müasir Avropa ölkəsinə çevrilə bilər. Gürcüstan sübut etdi ki, ən ağır vəziyyətdə belə qanunun aliliyini qoruya, təhlükəsizliyin, sabitliyin və proqnozları təmin edə bilər.

Avropa və NATO ölkələrinin çox yaxşı sərmayədarları və iqtisadi imkanları, əlverişli vergi sistemi var. Amma sabitlik və təhlükəsizlik olmadan heç bir investor bizim regiona risk edib gələ bilməz. Ona görə də regionda təhlükəsizlik çox vacib amildir və biz buna nail olmalıyıq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.