İDMAN


“Mançester Siti” Kevin de Bruyneni heyətində saxlamaqda israrlıdır

Bakı, 22 fevral, AZƏRTAC

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Kevin de Bruyneni növbəti transfer pəncərəsində satmayacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, klub oyunçusu ilə müqavilə müddətini artırmaq niyyətindədir. Buna görə də, klubun belçikalı futbolçunu heç bir məbləğ qarşılığında buraxmayacağı bildirilib.

"Mançester Siti" Kevin De Bruyne ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır. Yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər etibarlıdır.

Bu mövsüm Kevin De Bruyne 25 matçda 3 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.