İDMAN


“Mançester Siti” Qvardiola ilə kontraktı 2021-ci ilədək uzadır

Bakı, 24 fevral, AZƏRTAC 

“Mançester Siti” futbol klubu baş məşqçi Xosep Qvardiola ilə yeni kontraktı imzalamaq qərarına gəlib.

AZƏRTAC “The Daily Mail” qəzetinə istinadla xəbər verir ki, yeni kontraktın müddəti 2021-ci ilin yayınadək nəzərdə tutulur. İspan mütəxəssisin maaşı ildə 20 milyon funt sterlinqə qədər artırılacaq.

Qvardiola klubun ilk mükafatını qazanmasından sonra kontraktın uzadılması qərarının rəsmi şəkildə elan edilməsini istəyir. Əgər “Mançester Siti” İngiltərə liqası kubokunda “Arsenal”ı məğlub edərsə, bu, ən yaxın vaxtda baş verə bilər. Baş məşqçi təkid edir ki, onun məşqçi qərargahının üzvlərinə də daha yaxşı şərtlərlə yeni kontraktlar təqdim edilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.