İDMAN
“Mançester Siti” Serxio Aquero ilə yeni müqavilə imzalayıb
Bakı, 21 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
İngiltərənin “Mançester Siti” klubu argentinalı futbolçu Serxio Aquero ilə yeni müqavilə bağlayıb.
AZƏRTAC xəbər verir ki, 30 yaşlı futbolçu daha üç il “Mançester Siti” klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.
“Mən bu klubda çox xoşbəxtəm. Artıq 7 ildir ki, “Mançester Siti”nin formasını geyinirəm. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə argentinalı bildirib.
Qeyd edək ki, S.Aquero Mançester təmsilçisinə 2011-ci ildə İspaniyanın “Atletiko Madrid” klubundan transfer olunub. O, klubun tarixində ən məhsuldar oyunçu kimi tarixə düşüb. Serxio 299 oyunda meydana start heyətdə çıxıb, onların 204-də meydanı fərqlənərək tərk edib. Həmçinin klubun heyətində 3 dəfə İngiltərə Premyer Liqasının və İngiltərə Kubokunun qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]