İDMAN


“Mançester Siti” ardıcıl 3-cü dəfə İngiltərə Premyer Liqasının qalibi olub

“Mançester Siti” ardıcıl 3-cü dəfə İngiltərə Premyer Liqasının qalibi olub

Bakı, 20 may, AZƏRTAC

“Mançester Siti” futbol klubu İngiltərə çempionatının bitməsinə bir tur qalmış çempionluq titulunu qazanıb.

AZƏRTAC xəbər verir ki, bu, onun ən yaxın izləyicisi olan “Arsenal”ın İngiltərə Premyer Liqasının 37-ci turunun səfər matçında “Nottinqem”ə məğlub olmasından (0:1) sonra məlum olub.

"Mançester Siti" "Arsenal"ı 4 xal qabaqlamaqda davam edir.

Bu liqa çempionluğu ispaniyalı baş məşqçi Xosep Qvardiola üçün “Mançester Siti”nin baş məşqçisi kimi ardıcıl üçüncü olub. Ümumilikdə, Qvardiola klubun düşərgəsində işlədiyi müddətdə beş liqa titulunu qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.