İDMAN


“Mançester Siti” cari mövsümdə üçüncü kubokunu qazanıb

Bakı, 18 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 18-də İngiltərə (FA) kubokunun final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin hələdici görüşündə ölkə çempionluğunu rəsmiləşdirmiş “Mançester Siti” “Vatford” klubu ilə üz-üzə gəlib. “Uebli” stadionunda keçirilən görüş “Mançester Siti” klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0. “Şəhərli”lərin heyətində David Silva (26), Rahim Sterlinq (38, 81, 87), Kevin de Brüyne (61) və Qabriel Jesus (68) fərqləniblər.

“Mançester Siti” tarixində 6-cı dəfə bu titula yiyələnir. Bu turnirin ən çox qalibi 16 dəfə London təmsilçisi “Arsenal” klubudur.

İngiltərənin FA turniri 1871-ci ildən keçirilməyə başlayıb. Bu turnirin ilk qalibi 1880-ci ildə fəaliyyətini dayandırmış “Uonderers” klubu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.