İDMAN


“Mançester Siti” klubu Erlinq Haalandı heyətinə qatıb

Bakı, 10 may, Nicat Məmmədov, AZƏRTAC

İngiltərənin “Mançester Siti” klubu Almaniyanın “Borussiya Dortmund” komandasının futbolçusu Erlinq Haalandı heyətinə qatıb.

AZƏRTAC “şəhərlilər”in rəsmi saytına istinadla xəbər verir ki, 21 yaşlı norveçli hücumçu bu il iyulun 1-dən yeni komandasına qoşulacaq.

Klub keçidin detallarını və müqavilə müddətini açıqlamayıb. Hücumçunun ingilis klubu ilə müqaviləsi beşillik, həftəlik maaşı isə təxminən 375 min funt sterlinq olacaq.

Haaland cari mövsüm “Borussiya Dortmund”un heyətində 29 oyunda 28 qol vurub və 7 məhsuldar ötürmə edib. 2020-ci ilin əvvəlindən Dortmund təmsilçisində çıxış edəndən futbolçu 88 oyuna 85 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.