İDMAN


“Mançester Siti” klubu “Kalidu Kulibalini heyətinə qatmaq istəyir

Bakı, 7 sentyabr, AZƏRTAC

“Mançester Siti” klubu “Napoli”nin müdafiəçisi Kalidu Kulibalini heyətinə qatmaq istəyir.

AZƏRTAC xəbər verir ki, Premyer Liqa təmsilçisi 29 yaşlı müdafiəçiyə görə italyanlara 75 milyon avro ilə yanaşı, bonuslar da təklif etməyə hazırdır. Halbuki, bir müddət öncə “Napoli” “şəhərlilər”in 70 milyon avro dəyərində təklifini rədd etmişdi. Artıq İtaliya mətbuatı Kulibalinin “Mançester Siti” ilə müqavilə şərtlərini razılaşdırdığını yazır.

Seneqal millisinin müdafiəçisinin “Napoli” ilə müqavilə müddəti 2023-cü ildə başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.