İDMAN


“Mançester Siti” klubu “Milan”ın futbolçusunu transfer etmək istəyir

Bakı, 21 may, AZƏRTAC

“Mançester Siti” klubu yay transfer pəncərəsində növbəti hədəfini açıqlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “şəhərlilər” Milan təmsilçisinin yarımmüdafiəçisi İsmayıl Bennaseri əldə etmək istəyirlər. Mançester təmsilçisi bu transferi klubdan gedəcəyini açıqlayan ispaniyalı yarımmüdafiəçi David Silvanın əvəzedicisi kimi baxır.

“Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola əlcəzairli futbolçunu heyətə qatmaqda şəxsən maraqlıdır. O, 22 yaşlı yarımmüdafiəçinin inkişafını uzun müddətdir izləyir və tezliklə onu klubda görmək istəyir.

Xatırladaq ki, İ.Bennaser İtaliya A Seriyasının cari mövsümündə 20 matç keçirsə də fərqlənə bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.