İDMAN


“Mançester Siti” klubu futbolçusu Bernardo Silva ilə yeni müqavilə imzalayıb

Bakı, 14 mart, AZƏRTAC

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Bernardo Silva ilə yeni müqavilə imzalayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, müqaviləyə əsasən, portuqaliyalı yarımmüdafiəçi 2025-ci ilədək “Mançester Siti”nin formasını geyinəcək.

B.Silva 2017-ci ildə Fransanın “Monako” klubundan 43 milyon avro müqabilində “Mançester Siti” komandasına transfer olunub. O, “şəhərlilər”in heyətində 93 oyunda 18 qol vurub və 21 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.