İDMAN


“Mançester Siti” klubu rekorda imza atıb

Bakı, 29 aprel, AZƏRTAC

İngiltərənin “Mançester Siti” futbol klubu UEFA Çempionlar Liqasında rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, Mançester təmsilçisi buna Fransanın “Paris Sen-Jermen” komandasına qalib (2:1) gəlməklə nail olub. Komanda cari mövsümdə turnirdə qazandığı qələbələrin sayını 10-a çatdırıb. Beləliklə, “Mançester Siti” UEFA Çempionlar Liqasının 1 mövsümündə 10 dəfə qalib gəlməyi bacaran ilk İngiltərə klubu olub.

Premyer Liqa təmsilçisi “Portu”nu 1 dəfə (3:1), “Olimpiakos”u 2 dəfə (3:0, 1:0), “Marsel”i 2 dəfə (3:0, 3:0), “Borussiya Münhenqladbax”ı 2 dəfə (2:0, 2:0), “Borussiya Dortmund”u 2 dəfə (2:1, 2:1) və “Paris Sen-Jermen”i 1 dəfə (2:1) məğlub edib. Komanda mövsümdə cəmi 1 oyunda – “Portu” ilə qrup mərhələsi görüşündə heç-heçə edib (0:0).

Qeyd edək ki, “Mançester Siti” ilə “Paris Sen-Jermen” arasında cavab görüşü mayın 5-i Bakı vaxtı ilə 23:00-da keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.