İDMAN


“Mançester Siti” sabiq futbolçusu Serxio Aqueroya heykəl ucaldıb

Bakı, 13 may, AZƏRTAC

“Mançester Siti” sabiq futbolçusu Serxio Aqueroya heykəl ucaldıb.

AZƏRTAC xəbər verir ki, argentinalı hücumçunun heykəli Mançesterdə - “Etihad” stadionunun yaxınlığına qoyulub.

Klubun İngiltərə Premyer Liqasında ilk titulunu və 44 ildən sonra ilk İngiltərə çempionluğunu qazandığı günə həsr edilən heykəlin açılışı olub. Komanda 2012-ci il mayın 13-də məhz Aqueronun 90+3-cü dəqiqədə “Kuinz Park Reyncers”ə vurduğu qol sayəsində çempion adını qazanıb.

Qeyd edək ki, Aquero 2011-2021-ci illərdə “Mançester Siti”də çıxış edib. O, 260 qolla klub tarixinin bombardiridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.