İDMAN
“Mançester Siti” səfərdə “Çelsi”yə minimal hesabla qalib gəlib
Bakı, 6 yanvar, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti turun bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Londonda “Çelsi” “Mançester Siti”ni qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüş qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb – 0:1.
Matçda yeganə qolu Cek Qriliş “Zadəganlar”ın qapısından keçirib.
Beləliklə, qələbə qazanaraq xallarının sayını 39-a yüksəldən Pep Quardiolanın yetirmələri turnir cədvəlinin ikinci pilləsindəki yerlərini qoruyublar. “Şəhərlilər”i lider “Arsenal”dan 5 xal ayırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]