İDMAN
“Mançester Siti” və “Real Madrid” klublarının tanınmış futbolçuları Azərbaycan Qran-Prisində güclərini sınayacaqlar
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 7-də Bakı şəhər halqasında virtual Formula 1 Azərbaycan Qran-Prisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Serxio Peres və Pyer Qaslinin virtual dünya çempionatında debütü məhz Azərbaycan Qran-Prisinə təsadüf edəcək. Onlarla yanaşı, yürüşdə Aleks Albon, Antonio Covinatsi, Nikolas Latifi, Şarl Lekler və Lando Norris güclərini sınayacaqlar. Həmçinin Dakar rallisinin sabiq çempionu Mattias Valkner da iştirakçılar arasında yer alacaq.
Qran-Pridə İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Aymerik Laporte, İtaliyanın “Milan” komandasının qapıçısı Canluici Donnarumma, İspaniyanın “Real Madrid” komandasının qolkiperi Tibo Kurtua da birincilik uğrunda yarışacaqlar.
Yarış Formula 1-in “YouTube”, “Twitch”, “Facebook”, həmçinin tərəfdaş telekanallar vasitəsilə yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]