İDMAN
“Mançester Siti”nin hücumçusu “Real Madrid” klubunun hədəfindədir
Bakı, 21 yanvar, Nicat Məmmədov, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubu “Mançester Siti”nin hücumçusu ilə maraqlanır.
AZƏRTAC “Mirror” nəşrinə istinadla xəbər verir ki, bu, portuqaliyalı Bernardo Silvadır. Keçidin yayda baş tutacağı planlaşdırılır. “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolçunu əldən vermək istəmir. Mütəxəssis Bernardo Silvanı klubun veteran üzvü David Silvanın sələfi kimi görür.
İyirmi dörd yaşlı futbolçu “Mançester Siti” klubuna 2017-ci ildə “Monako” komandasından 50 milyon avro məbləğındə transfer olunub. Futbolçu cari mövsüm İngiltərə Premyer Liqasında 22 oyunda meydana çıxıb və hesabına 5 qol və 6 məhsuldar ötürmə yazdırıb. Portuqaliyalının “Mançester Siti” ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]