İDMAN


“Mançester Yunayted” “Borussiya Dotmund”ın yarımmüdafiəçisinə görə 80 milyon avrodan keçməyə hazırdır

Bakı, 18 fevral, AZƏRTAC

Almaniyanın “Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Ceydon Sanço “Mançetser Yunayted”in hədəfindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “qırmızı şeytanlar” 18 yaşlı gənc futbolçuya görə 80 milyon avrodan keçməyə hazırdır. “Mankunianlar” hətta bir neçə top klubu qabaqlayaraq rəsmi təklif göndəriblər. Transfer reallaşarsa, məbləğin 15 faizi “Mançester Siti”yə çatacaq. Çünki “şəhərlilər”in yetirməsi olan Sanço 2017-ci ildə “Borussiya Dortmund”a keçərkən klublar bu barədə razılığa gəliblər.

Qeyd edək ki, Ceydon Sançonun “Borussiya Dortmund” ilə müqavilə müddəti 2022-ci ilin yayınadək nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.