İDMAN


“Mançester Yunayted” “Liverpul”un 8 oyunluq qələbə seriyasına son qoyub

Bakı, 20 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 20-də İngiltərə Premyer Liqasının 9-cu turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Mançester Yunayted” öz meydanında turnir cədvəlinin lideri “Liverpul” klubunu qəbul edib.

Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda hesabı 36-ci dəqiqədə Mançester təmsilçisi Markus Reşford açıb. Fasilədən sonra qonaqlar hesaba tarazlıq gətirib. Adam Lallana fərqlənib.

“Liverpul” cari mövsüm ilk dəfədir xal itkisi ilə üzləşir. Mersessayd təmsilçisi 8 turun hamısında qələbə qazanaraq turnir cədvəlində 25 xalla liderdir. “Mançester Yunayted” isə 10 xalla 13-cü yerdədir.

Xatırladaq ki, “Liverpul”un çempionluq uğrunda əzəli rəqibi “Mançester Siti” oktyabrın 19-da səfərdə “Kristal Palas” klubu ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mançester təmsilçisinin heyətində Qabriel Jesus və David Silva fərqləniblər.

“Şəhərlilər” bu qələbə sayəsində xallarının sayını 19-a çatdıraraq ikinci pillədəkı yerin qoruyub saxlayıb.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Everton” - “Vest Ham” - 2:0;

“Bormunt” - “Norviç Siti” - 0:0;

“Aston Villa” - “Brayton” - 2:1;

“Çelsi” - “Nyukasl” - 1:0;

“Lester Siti” - “Börnli” - 2:1;

“Tottenhem” - “Vatford” - 1:1;

“Volverhemton” - “Southemton - 1:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.