İDMAN


“Mançester Yunayted” klubu Joze Mourinyoya 15 milyon funt sterlinq təzminat ödəyəcək

Bakı, 10 yanvar, AZƏRTAC

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Joze Mourinyonun istefası ilə əlaqədar portuqaliyalı mütəxəssisə ödəyəcəyi kompensasiyanın məbləği açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “qırmızı şeytan”lar portuqaliyalı mütəxəssisə 15 milyon funt sterlinq (16,6 milyon avro) təzminat ödəyəcək.

Dekabrın 18-də Joze Mourinyo “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən azad edilib. Bu vəzifədə mövsümün sonunadək onu klubun sabiq futbolçusu Ule-Qunnar Sulşer əvəzləyib.

Joze Mourinyo 2016-cı ilin mayından “Mançester Yunayted”in baş məşqçisi təyin edilib. Əlli beş yaşlı mütəxəssisin rəhbərliyi ilə İngiltərə kubokunu, Super kubokunu qazanan klub ötən il UEFA Avropa Liqasının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.