İDMAN


“Mançester Yunayted” klubu “Liverpul”un rekordunu yeniləyib

Bakı, 20 iyun, AZƏRTAC

İngiltərənin “Mançester Yunayted” futbol klubu yeni rekord müəyyənləşdirib.

AZƏRTAC xəbər verir ki, Ole-Qunnar Sulşerin yetirmələri tarixində birinci dəfə “Tottenhem” komandasının stadionunda qol sevinci yaşayıblar.

Bununla da Mançester təmsilçisinin Premyer Liqada qol vurduğu stadionların sayı 59-a çatıb.

Beləliklə, “Mançester Yunayted” Premyer Liqa tarixində oyunların keçirdildiyi bütün stadionlarda qol vurub. İndiyədək bu nəticəyə yalnız “Liverpul” klubu nail olub.

Qeyd edək ki, iyunun 19-da keçirilən “Tottenhem”-“Mançester Yunayted” görüşündə qalib müəyyənləşməyib – 1:1. Hazırda İngiltərə çempionatının turnir cədvəlində Mançester təmsilçisi 46 xalla beşinci, London klubu isə 42 xalla səkkizinci pillədə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.