İDMAN


“Mançester Yunayted” klubu Rafael Varanın transferi üçün 40 milyon avro ödəməyə hazırdır

Bakı, 3 iyun, AZƏRTAC

“Real Madrid” klubunun fransalı yarımmüdafiəçisi Rafael Varan yay transfer pəncərəsində komandanı tərk edə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Mançester Yunayted” klubu Fransa millisinin müdafiəçisi ilə yaxından maraqlanır. “Qırmızı şeytanlar”ın futbolçunun transferi üçün 35-40 milyon avro ödəməyə hazır olduğu bildirilir.

R.Varanın “Real Madrid” ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır. “Kral klubu”nun yeni baş məşqçisi Karlo Ançelottinin komandaya gəlişinin futbolçu ilə müqavilənin uzadılmasına təsir etməyəcəyi ehtimal olunur.

Həmçinin “Mirror” nəşrinin məlumatına görə, “Mançester Yunayted”in Rafael Varana təklif etdiyi məvacib futbolçunun “Real Madrid”dəki qazancından iki dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.