İDMAN


“Mançester Yunayted” klubu Raşfordun maaşını artıracaq

Bakı, 18 yanvar, AZƏRTAC

İngiltərənin “Mançester Yunayted” futbol klubu hücumçu Markus Raşfordla müqaviləni uzatmaq niyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeni bağlanacaq müqaviləyə görə, “Mançester Yunayted” klubu 21 yaşlı müdafiəçiyə ikiqat maaş verəcək. Hazırda Raşford həftəyə 75 min funt sterlinq qazanır.

Hücumçu karyerasında ilk debütünü “Mançester Yunayted” klubunda edib. Cari mövsümdə Raşford klubda keçirdiyi 26 oyunun 8-də fərqlənməyi bacarıb. O İngiltərə millisində 31 oyun keçirib və 6 qol vurub.

Xatırladaq ki, 21 yaşlı hücumçu ilə İspaniyanın “Barselona” və “Real” klubları maraqlanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.