İDMAN


“Mançester Yunayted” klubunda ilin ən yaxşı futbolçusu müəyyənləşib

Bakı, 10 may, AZƏRTAC

Luk Şou İngiltərənin “Mançester Yunayted” klubunda ilin ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 23 yaşlı ingiltərəli müdafiəçi karyerasında ilk dəfə “Sir Matt” kubokunu qazanıb. Səsverməyə əsasən müdafiəçi Viktor Lindelof ikinci, yarımmüdafiəçi Pol Poqba isə üçüncü olub.

Luk Şou cari mövsümdə “Mançester Yunayted”in heyətində keçirdiyi 40 oyunda 1 dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, “Sir Matt” kubokunu klubun heyətində ən çox ispaniyalı qapıçı David De Xea qazanıb. O, bu mükafata dörd dəfə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.